Layihələndirmə

Mütəxəssis və güclü mühəndislik heyətilə, seçilmiş həll partnyorlar ilə birlikdə İNPROCO MMC bütün Memari, İnşaat, Mexanik və Elektrik layihələndirmə həllərini təqdim edir.

İstənilən obyektin elektrik işlərinin təşkili üçün ilkin tələb — elektrik layihələrinin düzgün şəkildə hazırlanmasıdır. Şirkətimizin layihəçiləri sizi professional şəkildə, İEC (International Electrotechnical Commission) standartlarına uyğun olaraq istər kabelləşmə topologiyasının, istərsə də elektrik lövhələrinin layihələri ilə təmin edəcəkdir.

Bizim mühəndis və texniklərdən ibarət olan komandamız MEP layihələrin hazırlanmasında Revit MEP, AutoCAD MEP, Autocad P&ID, ANSYS Fluent programlarından istifadə edir.

Hesablanmış olan yüklərin qarşılana bilməsi üçün ən uyğun elektromexanik sistemlərin və cihazların seçimi həyata keçirilir. Sistem tərtibatı əsnasında ASHRAE (American Society of Heating , Refrigeration and Air Conditioning), SMACNA (Sheet Metal and Air Conditioning Contractors National Association), National Fire Protection Association (NFPA), IPC (International Plumbing Code) və IEEE (Institute of Electrical and Electronics Engineers) standardları əsas tutulmaqdadır. Bütün cihazların, havalandırma kanallarının, borulama sistemlərinin, elektrik tavalarının ölçüləri, yerləri və s. tam bir şəkildə 3D olaraq hazırlanıb müştəriyə prezentə edilməkdədir. Layihəni həyata keçirmədən əvvəl müştəri üçün hər şey tam aydın olmaqdadır. Layihələndirmə xidmətlərlərimiz haqda daha ətraflı məlumat almaq üçün və yüksək keyfiyyətli və ən uyğun həllini əldə etmək üçün bizimlə əlaqə saxlaya bilərsiniz.

Memari 3D modelin hazırlanması

MEP hazırlanması

3D modelin hazırlanması

Enerji analizlərinin həyata keçirilməsi

İsitmə və Soyutma yükü analiz hesabları üçün ən son texnologiya olan RTS (Radiant Time Series) metodundan istifadə olunur

Unvan:

Heydər Əliyev prospekti 115, Caspian Sport Plaza, Bina-2 1602, Bakı, Azərbaycan AZ1029

Tel:

+99450 517 19 19

+99455 517 19 19

Scroll to Top