Texniki Servis

İNPROCO MMC işıqlandırma, orta və alçaq gərginlik,avtomatika sistemləri, mexanika işləri və s.  işlərlə əlaqədər yarana biləcək bütün problemlərin həlli üçün Texniki Servis Xidmətini təklif edir. Servis xidməti peşəkar sertifikatlaşmış tеxniki mühəndislər tərəfindən həyata keçirilməsi və müştəri məmnunluğunun təmin olunması ilə yanaşı, eyni zamanda sərfəli qiymət balansının qorunması, firmamızın başlıca strategiyasıdır. Şirkətimiz aşağıdakı xidmətləri həyata keçirir:

  • İnvertor,UPS,PLC, orta və alçaq gərginlik sürücülərin və s.avtomatika avadanlıqların təmiri
  • Su nasosların təmiri
  • Hava kompressorların təmiri
  • Generatorun yağının səviyyəsinin, tərkibinin yoxlanılması və dəyişilməsi
  • Filterlərin yoxlanılması və dəyişilməsi
  • Akkumulyatorların tutumunun və şarj kartının yoxlanılması
  • Antifrizin səviyyəsinin yoxlanılması
  • Generatorun mühərrikinin təmiri
  • Alternatorun iş prinsipinə nəzarət və tənzimləmə
  • UPS üzərindəki bütün göstəricilərin sağlamlıq və işləkliyinin yoxlanılması və göstəriş panelindən bütün loqların oxunması
  • UPS- in akkumulyatorunun bağlantı uclarını yoxlayaraq dolma və boşalma gərginliyinin və doldurma cərəyan şiddətinin müəyyən olunması
Unvan:

Heydər Əliyev prospekti 115, Caspian Sport Plaza, Bina-2 1602, Bakı, Azərbaycan AZ1029

Tel:

+99450 517 19 19

+99455 517 19 19

Scroll to Top